ABŞ prezidenti “Truth Social” səhifəsində bir sıra ölkələrə səfirlərin təyin edilməsi ilə bağlı yazıb. Donald Tramp erməni əsilli Maykl Kavukjyanı ABŞ-ın Norveçdəki səfiri vəzifəsinə təyin edib.
Trampın bildirdiyinə görə, Kavukjyan parlaq hüquqşünasdır və əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində əməliyyat zabiti kimi çalışıb. Kavukjyan Stenford Universitetinin və Harvard Hüquq Məktəbinin məzunudur.