ABŞ prezidenti Donald Trampın Qəzza zolağının gələcəyi ilə bağlı təklifləri bütün dünyada kəskin rədd cavabına səbəb olanda Vaşinqton administrasiyası onun bəyanatlarını yumşaltmağa və mövqeyini aydınlaşdırmağa çalışıb.
Qvatemalaya səfəri zamanı dövlət katibi Marko Rubio bildirib ki, Trampın fələstinlilərin ərəb ölkələrinə köçürülməsi ilə bağlı dedikləri düşmənçilik deyil.
"Düşünürəm ki, bərpa təklif etmək və bunun üçün məsuliyyəti öz üzərinə götürmək çox səxavətli bir addım idi", - ABŞ dövlət katibi əlavə edib.
Ağ Evin mətbuat katibi Caroline Levitt də Trampın sözlərini izah etməyə çalışıb.
Levitt qeyd edib ki, ABŞ regionun bərpası üçün pul ödəməyəcək və yəqin ki, Amerika qoşunları ora göndərilməyəcək.