• Հայ
  • Eng
  • РУС
  • Az
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir Bu gün Ermənistanda parlament... 08:00
Aİ Ermənistana 50 milyon avro maliyyə yardımı göstərəcək və Ermənistan mallarının idxalını asanlaşdıracaq Aİ Ermənistana 50 milyon... 14:43
AB Ermənistan üçün dəstək paketi hazırlayır: Ursula fon der Leyen AB Ermənistan üçün dəstək... 14:31
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Əminəm ki, prezidentliyiniz dövründə ER-ABŞ əlaqələri daha da möhkəmlənəcək: Paşinyan Trampı təbrik edib
Siyasət
16:5306 Noy, 2024

Əminəm ki, prezidentliyiniz dövründə ER-ABŞ əlaqələri daha da möhkəmlənəcək: Paşinyan Trampı təbrik edib

Baş nazir Nikol Paşinyan Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Hörmətli cənab Tramp,

Sizi Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, sizin zəngin təcrübəniz, bilik və bacarıqlarınız Amerika xalqının rifahının təmin edilməsinə, Birləşmiş Ştatların maraqlarının təşviqinə və dünyada ABŞ-ın rolunun gücləndirilməsinə ən yaxşı şəkildə xidmət edəcəkdir.

Ötən illər ərzində ölkələrimizin tarixi dostluğuna, ümumi dəyərlərinə və qarşılıqlı maraqlarına söykənən Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər misilsiz irəliləyişlər əldə edib. Təbii ki, o prosesdə Amerika erməni icmasının da rolu var.

Cənubi Qafqazda suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərinə əsaslanan sülh və sabitliyin bərqərar olması, Ermənistanda demokratik təsisatların gücləndirilməsi, insan hüquqlarının və qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, korrupsiyanın qarşısının alınması istiqamətində ölkələrimiz arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirirəm.  

Çoxşaxəli gündəliyimizdə ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafı, eləcə də mövcud böyük potensialdan tam istifadə edilməsi xüsusi yer tutur. Bu baxımdan, mən Ermənistanın iqtisadi və enerji dayanıqlığının artırılmasına yönəlmiş birgə səyləri qeyd etməkdən məmnunam. 

Əminəm ki, prezidentliyiniz dövründə strateji tərəfdaşlıq səviyyəsinə çatmaq vizyonumuzu həyata keçirərək ER-ABŞ əlaqələri daha da möhkəmlənəcək və biz yeni nailiyyətlər əldə etməyə davam edəcəyik  

Hörmətli cənab Prezident,

Ümidvaram ki, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə, xüsusən də Cənubi Qafqazda davamlı və sabit sülhün bərqərar olması, regional iqtisadi və kommunikasiya yolların açılmasında yeni imkanlar açılacaq. 

Bununla bağlı ER hökumətinin təklifləri "Sülhün kəsişməsi" layihəsində tamamlanır.

Sizi Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edim, Sizə möhkəm cansağlığı, uğurlar və dost Amerika Birləşmiş Ştatları xalqının rifahı və tərəqqisi naminə yeni nailiyyətlər arzulayıram”.

Baxışların sayı1009
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiya pilotsuz uçuş aparatı Türkiyə yük gəmisini vurdu 15:3322 İyn, 2026
  • Qətər və Pakistan sayəsində İran bir neçə məsələni həll edə bildi: Əraqçi 13:0822 İyn, 2026
  • Vyana meri başda olmaqla nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Memorial Kompleksini ziyarət ediblər 12:4520 İyn, 2026
  • Narek Mkrtçyan CSIS Avropa, Rusiya və Avrasiya proqramının rəhbərliyi ilə görüşüb 09:3320 İyn, 2026
  • Prezident fon der Leyenin açıqlamasına uyğun olaraq, AB Ermənistana təcili olaraq 34 milyon avro yardım edir 16:0319 İyn, 2026
  • ER xarici işlər nazirinin müavini AB Tərəfdaşlıq Missiyasının yeni təyin olunmuş rəhbərini qəbul edib 15:4419 İyn, 2026
  • İrana qarşı AB sanksiyalarının ləğvi barədə danışmaq hələ tezdir: Kalas 14:3019 İyn, 2026
  • Mojtaba Xamenei ABŞ ilə imzalanmış Anlaşma Memorandumu haqqında 12:0119 İyn, 2026
  • İsveçrədə ABŞ-İran sülh danışıqları ləğv edildi 10:2419 İyn, 2026
  • Əminəm ki, Sizin rəhbərliyiniz altında ER mövcud çətinliklərin öhdəsindən uğurla gələcək: Çexiya Baş naziri Nikol Paşinyanı təbrik edib 16:3818 İyn, 2026
  • Şant Sargsyan Dünya Sürətli Komanda Çempionatında Maqnus Karlseni məğlub edib 15:3418 İyn, 2026
  • ABŞ artıq böyük bir vəsait ayırıb: Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi barədə 13:3118 İyn, 2026
  • AİB Hökumətlərarası Komissiyasının iclası planlaşdırılır 12:3718 İyn, 2026
  • Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: Fidan 09:3318 İyn, 2026
  • Tramp və Pezeşkian anlaşma memorandumu imzaladılar 09:1818 İyn, 2026
  • Klaudiya Buş Almaniya Federal Hökuməti adından Müdafiə Nazirliyinə 16 qar arabası təhvil verib 17:2117 İyn, 2026
  • 300 minlik azərbaycanlı mövzusu saxta, uydurma bir mövzudur, heç vaxt belə bir şey olmayıb, yoxdur və olmayacaq da։ Paşinyan 16:4917 İyn, 2026
  • “Qartal Tərəfdaş 2026” hərbi təlimi rəsmi olaraq başlayıb 15:2717 İyn, 2026
  • Rusiyanın bir sıra bölgələrində yanacaq problemləri hiss olunur: BBC 13:2417 İyn, 2026
  • Malların idxalına qoyulan məhdudiyyətlərin səbəbləri siyasi deyil: Rosselxoznadzor 09:3017 İyn, 2026
  • Rusiya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşüblər 17:0416 İyn, 2026
  • Suren Papikyan və Fransa SQ və Veteranlar məsələləri üzrə naziri ikitərəfli və çoxtərəfli əməkdaşlıq prosesini müzakirə ediblər 15:5316 İyn, 2026
  • Ermənistan xalqının səsi Sizin liderliyinizi üçüncü dəfə qiymətləndirir: İtaliya Baş naziri Paşinyana 15:0316 İyn, 2026
  • Təhlükəsizlik Şurasının katibi Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyini müzakirə etdi 13:4916 İyn, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015