Baş nazir Nikol Paşinyan Hindistan Respublikasının Baş naziri Narendra Modiyə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubda qeyd olunur ki, müstəqillik uğrunda mübarizə aparmış xalqlar və dövlətlər üçün Respublika Günü xalqın və dövlətin Konstitusiyada təsbit olunmuş ədalət, suverenlik, bərabərlik və qardaşlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləmək üçün əlamətdar hadisədir.
“Hindistan Respublikasının Konstitusiyası təkcə Hindistanın tarixi və siyasi mədəniyyətini təcəssüm etdirmir, həm də xalqın siyasi və fəlsəfi fikrinin əsaslarını Ali Qanunda harmonik şəkildə birləşdirməyin ən yaxşı nümunəsidir.
Təsadüfi deyil ki, Hindistanda erməni xalqının ilk Konstitusiyasının layihəsinin hazırlanması nəzərə alınmaqla çoxəsrlik erməni-hind dostluğunun əsasında Konstitusiya və Konstitusiya dəyişiklikləri ideyaları böyük rol oynamışdır.
Bu gün biz artıq qürurla qeyd edə bilərik ki, tarixən formalaşmış dostluq əlaqələrimiz və xalqların ümumi keçmişi ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni nailiyyətlərin praktiki mərhələsinə qədəm qoyur.
Sizi Respublika Günü münasibətilə bir daha təbrik edir, Sizə və dost Hindistan xalqına sülh və firavanlıq arzulayıram”.