• Հայ
  • Eng
  • РУС
  • Az
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir Bu gün Ermənistanda parlament... 08:00
Aİ Ermənistana 50 milyon avro maliyyə yardımı göstərəcək və Ermənistan mallarının idxalını asanlaşdıracaq Aİ Ermənistana 50 milyon... 14:43
AB Ermənistan üçün dəstək paketi hazırlayır: Ursula fon der Leyen AB Ermənistan üçün dəstək... 14:31
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı qətnamə layihəsində nə nəzərdə tutulur?
Siyasət
14:2024 Yan, 2024

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı qətnamə layihəsində nə nəzərdə tutulur?

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib.
 
Monitorinq Komitəsi 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək Azərbaycanda insan hüquqlarının vəziyyətinə qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlığını bildirir.
 
Hesabatda Azərbaycanda azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar hələ də davam etdiyi vurğulanır.
 
Komitə həmçinin Azərbaycanın Assambleyanın monitorinq proseduruna zidd olaraq əməkdaşlıq etməməsi halları, o cümlədən 7 fevralda keçiriləcək seçkiləri müşahidə etmək üçün dəvətin göndərilməməsi və Azərbaycan üzrə həmməruzəçilərin siyasi motivlərlə həbs olunduğui iddia edilən şəxslərlə görüşünə imkan verilməməsi ilə bağlı təəssüfünü ifadə edir.
 
“Assambleya tərəfindən dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, Monitorinq Komitəsinin məruzəçilərinin siyasi motivlərlə həbs olunduğu iddia edilən şəxslərlə görüşlərinə icazə verilməməsi, əməkdaşlığın olmamasının bariz nümunəsidir”, hesabatda qeyd edilir.
 
Sənəddə Azərbaycanda son dönəmlərdə artan jurnalist həbsləri, media və ifadə, habelə toplaşma azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, işgəncə və pis rəftar halları, Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi və digər bir sıra məsələlər vurğulanır.
 
Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, Assambleya 2508 (2023) saylı “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı qətnaməsində Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin olmamasını təsdiqləmiş/ Qeyd olunur ki, Azərbaycan rəhbərliyinin on aya yaxındır davam edən bu vəziyyətin doğurduğu çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etməməsi heyrətə gətirir.
 
AŞPA çərşənbə günü bu hesabat ətrafında müzakirə apararaq Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsi və ya edilməməsi ilə bağlı qərar verəcək. Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini tamamilə və ya qismən məhdudlaşdıra bilər.
 
AŞPA-dakı bir neçə mənbə Amerikanın Səsinə bildirib ki, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri ən az bir il müddətində məhdudlaşdırıla bilər. Səlahiyyətlərin tamamilə və ya qismən məhdudlaşdırılması ilə bağlı müzakirələr isə hələlik davam etdiyi bildirilir.
 
Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı təklifi bazar ertəsi AŞPA-nın qış sessiyasının ilk günündə Almaniyadan olan deputatı Frank Şvabe irəli sürüb. Onun təklifini AŞPA-nın ən az 30 üzvü dəstəkləyib.
 
Frank Şvabe buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətini, siyasi məhbusların olmasını, demokratik seçkilərin olmaması, habelə Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməyərək Assambleya ilə əməkdaşlıq etməməsini göstərib.
 
Baxışların sayı346
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiya pilotsuz uçuş aparatı Türkiyə yük gəmisini vurdu 15:3322 İyn, 2026
  • Qətər və Pakistan sayəsində İran bir neçə məsələni həll edə bildi: Əraqçi 13:0822 İyn, 2026
  • Vyana meri başda olmaqla nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Memorial Kompleksini ziyarət ediblər 12:4520 İyn, 2026
  • Narek Mkrtçyan CSIS Avropa, Rusiya və Avrasiya proqramının rəhbərliyi ilə görüşüb 09:3320 İyn, 2026
  • Prezident fon der Leyenin açıqlamasına uyğun olaraq, AB Ermənistana təcili olaraq 34 milyon avro yardım edir 16:0319 İyn, 2026
  • ER xarici işlər nazirinin müavini AB Tərəfdaşlıq Missiyasının yeni təyin olunmuş rəhbərini qəbul edib 15:4419 İyn, 2026
  • İrana qarşı AB sanksiyalarının ləğvi barədə danışmaq hələ tezdir: Kalas 14:3019 İyn, 2026
  • Mojtaba Xamenei ABŞ ilə imzalanmış Anlaşma Memorandumu haqqında 12:0119 İyn, 2026
  • İsveçrədə ABŞ-İran sülh danışıqları ləğv edildi 10:2419 İyn, 2026
  • Əminəm ki, Sizin rəhbərliyiniz altında ER mövcud çətinliklərin öhdəsindən uğurla gələcək: Çexiya Baş naziri Nikol Paşinyanı təbrik edib 16:3818 İyn, 2026
  • Şant Sargsyan Dünya Sürətli Komanda Çempionatında Maqnus Karlseni məğlub edib 15:3418 İyn, 2026
  • ABŞ artıq böyük bir vəsait ayırıb: Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi barədə 13:3118 İyn, 2026
  • AİB Hökumətlərarası Komissiyasının iclası planlaşdırılır 12:3718 İyn, 2026
  • Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: Fidan 09:3318 İyn, 2026
  • Tramp və Pezeşkian anlaşma memorandumu imzaladılar 09:1818 İyn, 2026
  • Klaudiya Buş Almaniya Federal Hökuməti adından Müdafiə Nazirliyinə 16 qar arabası təhvil verib 17:2117 İyn, 2026
  • 300 minlik azərbaycanlı mövzusu saxta, uydurma bir mövzudur, heç vaxt belə bir şey olmayıb, yoxdur və olmayacaq da։ Paşinyan 16:4917 İyn, 2026
  • “Qartal Tərəfdaş 2026” hərbi təlimi rəsmi olaraq başlayıb 15:2717 İyn, 2026
  • Rusiyanın bir sıra bölgələrində yanacaq problemləri hiss olunur: BBC 13:2417 İyn, 2026
  • Malların idxalına qoyulan məhdudiyyətlərin səbəbləri siyasi deyil: Rosselxoznadzor 09:3017 İyn, 2026
  • Rusiya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşüblər 17:0416 İyn, 2026
  • Suren Papikyan və Fransa SQ və Veteranlar məsələləri üzrə naziri ikitərəfli və çoxtərəfli əməkdaşlıq prosesini müzakirə ediblər 15:5316 İyn, 2026
  • Ermənistan xalqının səsi Sizin liderliyinizi üçüncü dəfə qiymətləndirir: İtaliya Baş naziri Paşinyana 15:0316 İyn, 2026
  • Təhlükəsizlik Şurasının katibi Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyini müzakirə etdi 13:4916 İyn, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015