Bu gün, avqustun 31-də Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin “Respublika Tibb Mərkəzi” QSC-dən 10 nəfər pasiyent Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə ER ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.
Gün ərzində dövlət sifarişi çərçivəsində Ermənistana müalicəyə göndərilmiş 1 xəstənin Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Dağlıq Qarabağa qaytarılması planlaşdırılır.
Hazırda “Arevik” Tibb Mərkəzində 34 uşaq stasionar müalicə alır, onlardan 8-i neonatal və reanimasiya şöbəsindədir.
“Respublika Tibb Mərkəzi” QSC-də 94 xəstə stasionar müalicə alır, 7 nəfər reanimasiya şöbəsindədir, onlardan 3 nəfərin vəziyyəti ağırdır.