2023-cü ildə ilin birinci yarısında Ermənistana bir milyondan çox turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70%, 2019-cu ilin birinci yarısında gələn turistlərin sayından isə 30% və ya təxminən 230 min nəfər çoxdur. Bu barədə ER İqtisadiyyat naziri Vahan Kerobyan “Facebook” səhifəsində bildirib.