Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanla yeni layihələrə başlamağı təklif edib və erməni iş adamlarını Rusiya bazarında daha fəal işləməyə dəvət edib.
“Hökumətlər səviyyəsində ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır və çətin xarici mühitə baxmayaraq, əməkdaşlığımız uğurla inkişaf edir”,- deyə Mişustin qeyd etdi.
Mişustin onu da qeyd edib ki, Rusiya Ermənistanının aparıcı xarici ticarət tərəfdaşı və iqtisadiyyatının əsas investorudur.
“2022-ci ildə yanvar-noyabr aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz artıb. Ermənistan bazarında 40-dan çox aparıcı rus şirkəti çalışır, onlar Ermənistanın ən böyük vergi ödəyiciləri sırasındadırlar.
Biz Ermənistanla müttəfiqlik və tərəfdaşlıq münasibətlərini səmimiyyətlə qiymətləndiririk, ölkələrimizi rus və erməni xalqlarının tarixi dostluğuna əsaslanan yaxşı qardaşlıq münasibətləri birləşdirir”, - Mişustin qeyd edib.