• Հայ
  • Eng
  • РУС
  • Az
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir Bu gün Ermənistanda parlament... 08:00
Aİ Ermənistana 50 milyon avro maliyyə yardımı göstərəcək və Ermənistan mallarının idxalını asanlaşdıracaq Aİ Ermənistana 50 milyon... 14:43
AB Ermənistan üçün dəstək paketi hazırlayır: Ursula fon der Leyen AB Ermənistan üçün dəstək... 14:31
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Erməni tərəfinin yaxın gələcəkdə sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəsi var:  Marukyan
Siyasət
12:2807 Noy, 2022

Erməni tərəfinin yaxın gələcəkdə sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəsi var: Marukyan

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadənin məqaləsinə cavab verib. 
 
Marukyan cavabında regionda uzunmüddətli və davamlı sülh yolunun olduğuna əminliyini ifadə edib: “Bu, Azərbaycan hərbçilərinin Ermənistanın suveren ərazisindən çıxarılması, bütün erməni hərbi əsirlərin və həbs edilmiş şəxslərin qaytarılması, 1991-ci il Alma-Ata Bəyannaməsinə və Protokoluna uyğun olaraq delimitasiyanın həyata keçirilməsi, tərəflərin suverenliyi əsasında kommunikasiyaların açılması, eləcə də Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə, hüquq və azadlıqlarına təminatın verilməsidir”
 
Eyni zamanda, Marukyan qeyd edib ki, təhdid və zorakılıq sülhə aparan yol ola bilməz. 
 
“Bütün məqalənizdə erməni xalqına yönəlmiş təhdidlər qırmızı xəttdən keçir. Xatırladam ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Soçinin üçtərəfli bəyannaməsini imzaladı və güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən çəkinməyə razılaşdı. Çox məyus oldum ki, artıq bu gün Sizin bəyanatlarınız öz hökumətinizin əldə etdiyi razılaşmaların hüdudlarından kənara çıxıb. Təəssüflənirəm ki, Xarici İşlər Nazirliyində 33 il işləməyinizə baxmayaraq, ziddiyyətli nəticələr çıxartırsınız.
 
Bir tərəfdən böyüklərə hörmətdən danışırsınız, digər tərəfdən də şəxsi təhqirlərlə məşğul olmaq hüququnu özündə saxlayırsınız. Necə deyərlər - "Hörmət istəyirsənsə, təhqirlə başlama”,-deyə Marukyan qeyd etdi.
 
“Revanşizm, pasifizmin olmaması və başqa uydurma ittihamlar adı altında siz yeni hərbi təcavüzə haqq qazandırmaq üçün rəhbərliyinizin “iştahını” gizlədirsiniz. Siz eyni pərdə altında on minlərlə erməninin Sumqayıtda və Bakıda kütləvi qətllər, talan və yandırmalarla müşayiət olunan qırğınlarını da gizlətməyə çalışırsınız. Siz həm də 2016-cı, 2020-ci illərdə olduğu kimi Dağlıq Qarabağın dinc əhalisinə qarşı davamlı zorakılığı unutdurmağa çalışırsınız
 
Siz dinc əhalinin öldürülməsini, hərbi əsirlərin saxlanılıb güllələnməsini, həlak olan hərbçilərin və mülki şəxslərin meyitlərini ələ salmağı, mülki infrastrukturu dağıdıb, mədəni-tarixi irsin mənimsənilməsini və təhqir olunmasını beynəlxalq hüquq normaları barədə sözlərin altında gizlətməyə çalışırsınız.
 
Görünür, erməni şəhər və ərazilərini mənimsəmək üçün tarixi təhrif edərək tamamilə yenidən yazmaq cəhdləriniz məhz belə bir ab-havada inkişaf edib.
 
“Suverenlik” anlayışı ilə bağlı danışırkən məqalənizin tam dissonansını da vurğulamaq istəyirəm. Bir tərəfdən, Sizin üçün, Artsax xalqının hüquqlarına gəldikdə, Ermənistan və Azərbaycan arasındakı sərhədlər aydın şəkildə tanınır və aydındır, digər tərəfdən, Azərbaycanın Ermənistanın suveren ərazilərinə hərbi təcavüzünə gəldikdə, bu sərhədlərin delimitasiyası və demarkasiyasına ehtiyac var. 
 
Bütün razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün aydın siyasi iradə olarsa, Ermənistanla Azərbaycan arasında sülhə inanıram.
 
Əminliklə deyə bilərəm ki, Ermənistan tərəfinin yaxın gələcəkdə bütün razılaşmaları həyata keçirmək və sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəsi var. Görək Azərbaycanda o siyasi iradə varmı?”.
 
Baxışların sayı622
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Vyana meri başda olmaqla nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Memorial Kompleksini ziyarət ediblər 12:4520 İyn, 2026
  • Narek Mkrtçyan CSIS Avropa, Rusiya və Avrasiya proqramının rəhbərliyi ilə görüşüb 09:3320 İyn, 2026
  • Prezident fon der Leyenin açıqlamasına uyğun olaraq, AB Ermənistana təcili olaraq 34 milyon avro yardım edir 16:0319 İyn, 2026
  • ER xarici işlər nazirinin müavini AB Tərəfdaşlıq Missiyasının yeni təyin olunmuş rəhbərini qəbul edib 15:4419 İyn, 2026
  • İrana qarşı AB sanksiyalarının ləğvi barədə danışmaq hələ tezdir: Kalas 14:3019 İyn, 2026
  • Mojtaba Xamenei ABŞ ilə imzalanmış Anlaşma Memorandumu haqqında 12:0119 İyn, 2026
  • İsveçrədə ABŞ-İran sülh danışıqları ləğv edildi 10:2419 İyn, 2026
  • Əminəm ki, Sizin rəhbərliyiniz altında ER mövcud çətinliklərin öhdəsindən uğurla gələcək: Çexiya Baş naziri Nikol Paşinyanı təbrik edib 16:3818 İyn, 2026
  • Şant Sargsyan Dünya Sürətli Komanda Çempionatında Maqnus Karlseni məğlub edib 15:3418 İyn, 2026
  • ABŞ artıq böyük bir vəsait ayırıb: Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi barədə 13:3118 İyn, 2026
  • AİB Hökumətlərarası Komissiyasının iclası planlaşdırılır 12:3718 İyn, 2026
  • Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: Fidan 09:3318 İyn, 2026
  • Tramp və Pezeşkian anlaşma memorandumu imzaladılar 09:1818 İyn, 2026
  • Klaudiya Buş Almaniya Federal Hökuməti adından Müdafiə Nazirliyinə 16 qar arabası təhvil verib 17:2117 İyn, 2026
  • 300 minlik azərbaycanlı mövzusu saxta, uydurma bir mövzudur, heç vaxt belə bir şey olmayıb, yoxdur və olmayacaq da։ Paşinyan 16:4917 İyn, 2026
  • “Qartal Tərəfdaş 2026” hərbi təlimi rəsmi olaraq başlayıb 15:2717 İyn, 2026
  • Rusiyanın bir sıra bölgələrində yanacaq problemləri hiss olunur: BBC 13:2417 İyn, 2026
  • Malların idxalına qoyulan məhdudiyyətlərin səbəbləri siyasi deyil: Rosselxoznadzor 09:3017 İyn, 2026
  • Rusiya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşüblər 17:0416 İyn, 2026
  • Suren Papikyan və Fransa SQ və Veteranlar məsələləri üzrə naziri ikitərəfli və çoxtərəfli əməkdaşlıq prosesini müzakirə ediblər 15:5316 İyn, 2026
  • Ermənistan xalqının səsi Sizin liderliyinizi üçüncü dəfə qiymətləndirir: İtaliya Baş naziri Paşinyana 15:0316 İyn, 2026
  • Təhlükəsizlik Şurasının katibi Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyini müzakirə etdi 13:4916 İyn, 2026
  • Ermənistan və Almaniyanın Xİ nazirləri ER-Aİ strateji tərəfdaşlığının dərinləşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar 17:2815 İyn, 2026
  • Aİ Ermənistana maliyyə dəstəyini davam etdirməyə hazırdır: Marta Kos 15:2715 İyn, 2026
  • Marta Kos 5 iyulda Ermənistana səfər edəcək 14:4215 İyn, 2026
  • Ararat Mirzoyan Aİ Xİ nazirlərinin görüşündə seçkiqabağı və seçkidən sonrakı dövrlərdə Ermənistanda və ER ətrafında baş verən hadisələri təqdim edib 14:0015 İyn, 2026
  • Ararat Mirzoyan Lüksemburqda Aİ xarici işlər nazirlərinin müzakirəsində iştirak edir 11:2215 İyn, 2026
  • Putin-Tramp telefon danışığı baş tutdu 09:2415 İyn, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015