Azərbaycanın Müdafiə Nazirliyi dezinformasiya yayıb. Bu barədə ER Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 8-dən 9-na keçən gecə ER Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhəd zonasının şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutmayıb.
“Sərhəddə vəziyyət nisbətən sabitdir və ER Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”,-məlumatda deyilir.