ABŞ Dövlət Katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Entoni Blinken məlumat verib. O, bildirib ki, söhbət zamanı qarşı tərəfi Rusiyada saxlanılmış iki amerikalı - Paul Uilan və Britani Qrinerin azad edilməsinə çağırıb.
Dövlət katibi Blinken S.Lavrovun cavabının detallarını açıqlamayıb.