İyulunun 19-da Tehranda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında danışıqlar keçiriləcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O bildirdi ki, həmçinin İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Ərdoğan ilə üçtərəfli görüş keçiriləcək.
Peskovun sözlərinə görə, hələlik Rusiya-Ukrayna danışıqlarının bərpasından söhbət getmir.