Əgər Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk qrupu həmsədrlərinin unikal vasitəçilik formatını vacib hesab etsəydilər, heç bir məsləhətləşmə aparılmadan Minsk qrupunun Rusiyadan olan həmsədri ilə təmasları kəsməzdilər․ Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Lurer”in sualına cavab verərək deyib.
“Onlar fevralın 24-dən nümayişkaranə şəkildə heç bir məsləhətləşmə aparılmadan Minsk qrupunun Rusiyadan olan həmsədri ilə təmasları kəsiblər. Bununla da Minsk qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub”- deyə Zaxarova ABŞ Dövlət katibinin köməkçisi karen Donfridin ATƏT-in MQ həmsədrliyinin formatını dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Zaxarovanın sözlərinə görə, formatdan imtinanın səbəbləri ilə bağlı dəqiq izahat verilməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu addımı “məsuliyyətsizlik” adlandırıb.
O əlavə edib ki, Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Zaxarova əmin edib ki, Moskva üç ölkə liderinin əldə etdiyi razılaşmaların həyata keçirilməsi üçün əlindən gələni edəcək.