Dohada rəsmi səfərdə olan ER Baş naziri Nikol Paşinyan Qətər İnvestisiya Agentliyinin direktoru Mənsur Əl-Mahmud ilə görüşüb.
Görüş zamanı Ermənistan Respublikası Hökuməti və İnvestisiya Agentliyi arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Xüsusilə su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, energetika və yüksək texnologiyalar sahələrində birgə proqramların həyata keçirilməsi imkanlarına toxunulub.
Baş nazir Paşinyan ER hökumətinin bu istiqamətlərdə prioritetləri təqdim etdi.
Mənsur Əl-Mahmud qəbula görə təşəkkür edib və onun rəhbərlik etdiyi qurumun Ermənistan tərəfi ilə səmərəli əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib