Ermənistanın Xarici İşlər Nazirliyində “Ermənistan-Fransa İqtisadi Əməkdaşlıq 2021-2026” müddəalarının həyata keçirilməsinə yönəlmiş iclas keçirilib.
Ermənistan nümayəndə heyətinə ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, Fransa tərəfinə isə Fransanın Ermənistandakı səfiri Ann Luyo başçılıq edib.
Fransa nümayəndə heyətini salamlayan Paruyr Hovhannisyan 2021-ci ilin dekabrın 9-da Parisdə keçirilmiş Ermənistan-Fransa İqtisadi Əməkdaşlıq İşçi Qrupunun ilk birgə iclasından sonra yol xəritəsinin müddəalarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli işi təqdim etdi.
Fransa səfiri öz növbəsində səmimi qonaqpərvərliyə və səmərəli görüşün təşkilində köməyə görə təşəkkür edib.
Müzakirələr zamanı tərəflər “Ermənistan-Fransa İqtisadi Əməkdaşlıq 2021-2026-cı illər üçün yol xaritəsinə” daxil olunan sektorlararası əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.