Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin yeni seçilmiş prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.
Məktubda deyilir:
“Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, siz zəngin təcrübənizi və müdrikliyinizi həm dost ölkənizin gələcək tərəqqisi, həm də qarşılıqlı faydalı regionlararası əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət etdirəcəksini
Biz qarşılıqlı hörmətə əsaslanan Ermənistan-Əmirlik münasibətlərini yüksək qiymətləndiririk və bu münsaibətlərin dost xalqlarımızın mənafeyi naminə daim dərinləşməsi və genişlənməsi üçün birgə səylər göstərməyə hazırıq.
Sizə möhkəm cansağlığı, yüksək missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram”.