Prezident Vahaqn Xaçaturyan Polşa Respublikasının Prezidenti Anjey Dudaya 50 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
“Ermənistan Polşa ilə həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində dostluq münasibətlərinin və konstruktiv dialoqun davamlı möhkəmlənməsini dəstəkləyir.
Əminən ki, birgə səylərlə ölkələrimiz arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün bütün ilkin şərtlər mövcuddur”,- təbrik məktubunda qeyd olunub.