Ermənistana gələn Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Dıvinazın başçılıq etdiyi nümayəndə heyəti, ER Parlamentinin Ermənistan-Fransa dostluq qrupunun rəhbəri Vladimir Vardanyanın müşayiəti ilə Tsitsernakaberd memorialını ziyarət edib.
Fransalı deputatlar erməni soyqırımı qurbanlarının xatirəsini yad edərək əbədi məşəl önünə gül dəstələri düzüb.
Onlar Soyqırımı Muzey-İnstitutunda da olub, soyqırımı təsdiq edən sənədlərlə tanış olublar.
Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Dıvinaz qeyd dəftərinə qeyd etdi.