Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a işgüzar səfər edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan mayın 2-dən 6-dək Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün ABŞ-da olacaq.
Xarici işlər nazirinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.