Fransanın Nim şəhərində Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə erməni xaçkarının açılış mərasimi də olub. Bu barədə məluamtı Ermənistanın Fransadakı səfirliyi yaydı.
Tədbidə Nim şəhərinin meri Jan-Pol Furnie, Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və “ Amicale Franco-Armenienne de Nimes et du Gard” qurumun sədri Armen Martirosyan çıxış ediblər. Erməni Soyqırımına həsr olunmuş tədbirdə Fransa Parlamentinin Müdafiə və Silahlı qüvvələri üzrə daim komissiyanın sədri Fransuaz Dyuma, eləcə də Ermənistanın Marseldəki konsulu Samvel Lalayan iştirak ediblər.
Ermənistanın Fransadakə səfiri xaçkarın quraşdırılması təşəbbüsünü təsdiqlədiyi üçün Nimes merinə, şəhər şurasına təşəkkür edib.