ER baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.
Baş nazir ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu vurğulayıb, Endryu Şoferin Dağlıq Qarabağdakı vəziyyəti, bu kontekstdə baş verən prosesləri müzakirə etmək imkanı verəcək səfərini alqışlayıb.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması prosesində ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunu vurğulayıblar.
Humanitar məsələlərə, eləcə də sülh sazişi üzrə Azərbaycanla danışıqlara başlamaq imkanlarına toxunulub.
Bununla bağlı ER baş naziri ATƏT-in Minsk Qrupu həmsədrliyinin və həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.