Aprelin 5-də ER parlamentinin sədri Alen Simonyan “Dom Moskvi” Moskva Mədəniyyət-İş Mərkəzinin təşkilatçılığı ilə Ermənistan-Rusiya diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Ermənistan-Rusiya münasibətlərindən danışan Alen Simonyan xüsusilə bildirib ki, ölkələrimiz çoxəsrlik ənənəvi dostluq mahiyyətini qoruyub saxlamaqla təkcə siyasi-iqtisadi istiqamətlərdə deyil, həm də mədəniyyət və sənət istiqamətlərində olan əlaqələri inkişaf etdirir.
Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin isə bildirib ki, son 30 ildə dostluq münasibətlərinin bütün sahələrində böyük müsbət dəyişikliklər baş verib.