Sentyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfər edəcək.
Səfər çərçivəsində tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüş olacaq. Bu barədə Xarici İşlər Nazirliyinin spikeri Vahan Hunanyan məlumat verib.