ER Baş naziri Nikol Paşinyan Müstəqillik Günü münasibətilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərdi. Məktubda deyilir:
“Sizi Tacikistanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Ölkənizin beynəlxalq aləmdəki rolunu artırmağa yönəlmiş olan sosial-iqtisadi dəyişikliklərin əsas istiqamətlərində Tacikistanın inkişafını arzulayıram.
Əminəm ki, Ermənistan və Tacikistan arasındakı əməkdaşlıq, birgə səylərlə, dövlətlərarası əməkdaşlığın əsas sahələrinə yeni bir təkan verə bilər.
Sizə, cənab Prezident, cansağlığı, xoşbəxtlik, uğurlar, dost Tacikistan xalqına isə sülh, firavanlıq arzulayıram”.