ER prezidenti Armen Sargsyan prezident Emoməli Rəhmonu Tacikistanın Müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib
Təbrikdə qeyd olunur ki, Ermənistan Tacikistan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir.
“Ölkələrimiz həm ikitərəfli əsasda, həm də bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq yürüdürlər. Əminəm ki, birgə səylərimiz xalqlarımızın rifahı naminə Ermənistan və Tacikistan arasında müxtəlif sahələrdə əlaqələri daha da dərinləşdirməyə təşfiq edəcəkdir”,-məktubda deyilir.