Ermənistan KTMT-nin güclənməsinə və inkişafına real maraq göstərir. Bunu mətbuat konfransında KTMT-nin baş katibi Stanislav Zas Ermənistanın KTMT-yə sədrliyi və KTMT prioritetləri məsələsinə toxunaraq bildirib.
“Qeyd etmək istərdim ki, Ermənistan təşkilatımızda çox fəal mövqe tutmuş, təşkilatımızın güclənməsinə və inkişafına həmişə real maraq göstərmişdir. Əminəm ki, bu prioritetlər bizə gələn il KTMT-nin səmərəliliyini artırmaq üçün müəyyən addımlar atmağa imkan verəcək”,-Zas qeyd etdi.
Xatırladaq ki, sentyabrın 16 -dan Ermənistan KTMT-yə sədrlik edəcək.