Uruqvayın xarici işlər naziri Francisko Bustijo avqustun 16-da Ermənistana rəsmi səfər edəcək. Elə həmin gün Ermənistan Xarici İşlər Nazirliyində Ermənistan və Uruqvay xarici işlər nazirlərinin görüşü keçiriləcək. Rəsmi səfər çərçivəsində ER Baş naziri, ER Parlamentinin spikeri və Ümumerməni katolikosu ilə görüşlər planlaşdırılır.