ER prezidenti Armen Sargsyan bu gün baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb və ER baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Armen Sargsyan ER hökumətinə Ermənistanın inkişafı, xalqın rifahı və dövlətin təhlükəsizliyi naminə ölkənin qarşısında duran bir çox problemlərin həllində uğurlar və səmərəli iş arzulayıb.