Rusiya Əfqanistanda mövcud vəziyyətlə bağlı KTMT müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün Tacikistandakı hərbi bazasının imkanlarından istifadə etməyə hazırdır. İnterfax yazır ki. bunu RF XİN başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Əfqanıstanda, ABŞ və NATO qoşunlarının geri çəkilməsi kontekstində sürətlə pisləşən vəziyyəti yaxından izləyir.
Lavrov Əfqanıstanda olduğu müddətdə ABŞ və NATO-nun orada vəziyyəti sabitləşdirmək üçün nəzərəçarpacaq nəticələr əldə etmədiklərini qeyd etdi.