Rusiya hakimiyyəti erməni əsirlərin Azərbaycandan qayıtması üçün çalışmağa davam edəcək. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib.
“Bu məsələ Rusiya rəhbərliyinin və sülhməramlı korpusun komandanlığının prioritetlərindən biridir. Mövqeyimiz bəllidir: əvvəldən "hamı hamıya” prinsipi ilə mübadiləni dəstəklədik, məsələni mümkün olan bütün yollarla həll edəcəyik”,-səfir qeyd etdi.
3 iyulda 15 məhbus Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistana qayıtdı.