EUROPA NOSTRA və Avropa Arxeoloqlar Birliyinin nümayəndələri, eləcə də Avropa İrs İttifaqının fəal üzvləri Qafqaz bölgəsinin zəngin mədəni irsinin bütövlüyünün və müxtəlifliyinin hərtərəfli qorunmasına sadiqdirlər. Bu barədə Europa Nostra və Avropa Arxeoloqlar Birliyinin birgə bəyanatında deyilir.
Bəyanatda xüsusilə deyilir:
"Münaqişə və ya Qafqazda, xüsusən də beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsində və ya onun ətrafında çiçəklənən hər hansı bir mədəniyyətə hörmətsizlik nəticəsində meydana gələn mədəni irs sahələrinin zədələnməsi, məhv edilməsi və ya təhrif edilməsi kimi hər hansı bir hərəkəti qınayırıq.
Təcili prioritet olaraq Dağlıq Qarabağ bölgəsində və trafdakı mədəni irsin qəsdən zədələnməsi, məhv edilməsi və ya təhrif edilməsi barədə qorxulu iddialarla əlaqədar olaraq avropalı/beynəlxalq ekspertlər qrupunu qoruma statuslarının müvafiq qiymətləndirilməsi ilə obyektiv elmi araşdırma aparmaq üçün bölgənin zəngin, müxtəlif mədəni irsinə giriş əldə etməyə çağırırıq. Əminik ki, bu, həm Azərbaycanın, həm də Ermənistanın, xalqlarının və mədəniyyətlərinin, eləcə də bütün Avropanın və bəşəriyyətin maraqlarına cavab verəcəkdir”.
Bəyanatda bütün maraqlı tərəflərlə birlikdə çalışmağa hazır olduğunu bildirilib.