ER Parlamenti növbədənkənar iclasda “Sərhədyanı zonalarda, xüsusən də Syunik və Geğarkunikdə yaranmış böhran vəziyyəti, mövcud problemlər, həll yolları, sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi haqqında” ER Parlamentinin bəyanat layihəsini yekdilliklə (86 səslə) qəbul etdi:
“Ermənistan Respublikası Parlamenti qeydə alır ki, 12 may 2021-ci il tarixində Syunik bölgəsində Sev liç ərazisindən Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının dövlət sərhədini keçərək Verişen yaşayış məntəqəsinə doğru bir neçə kilometr dərinləşib. Azərbaycan silahlı qüvvələrinin bir neçə yüz hərbçisi hazırda Ermənistan Respublikasının ərazisində, Syunik və Geğarkunik bölgələrinin bəzi yerlərindədir.
Azərbaycan silahlı qüvvələrinin bu hərəkətləri Ermənistan Respublikası üçün qəbuledilməzdir, bu, Ermənistan Respublikasının suveren ərazisinə aşkar təcavüzdür və Ermənistan Respublikası vəziyyətə dözməyəcəkdir.
Bu il 13 may tarixində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirildi, iclasda qeyd edilib ki, ikinci gündür Syunik bölgəsində Sev liç yaxınlığında təlükəli vəziyyətdir.
Azərbaycanın apardığı anti-erməni siyasətini nəzərə alaraq, son vaxtlar Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan Respublikasının ərazi bütövlüyünə yönələn açıq təhdidlər, o cümlədən güc tətbiqi ilə təhdid edən bəyanatlar və dövlət səviyyəsində təbliğ olunan ermənofobiyanı nəzərə alaraq, Ermənistan Respublikasının Parlamenti Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə təcavüzlərini qətiyyətlə qınayır və qeyd edir ki, Azərbaycanın yürütdüyü təcavüzkar siyasəti, beynəlxalq hüququn əsas normalarını, o cümlədən BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş prinsipləri pozur, bu da Ermənistan Respublikasına beynəlxalq hüquqa və Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycanın təcavüzünə cavab vermək hüququnu verir.
Parlament Ermənistan Respublikası xalqı adından elan edir:
• Azərbaycanın hərbi təcavüzünü dayandırmaq və dövlət sərhədimizi və xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik.
• Beynəlxalq ictimaiyyəti Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat xarakterli hərəkətlərini, güc tətbiqetmə təhdidlərini və faktiki güc tətbiqini qınamağa çağırırıq”.