ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Shofer) yenə bütün saxlanılan şəxsləri sərbəst buraxmağa və cəsədlərin mübadiləsi prosesini operativ şəkildə həyata keçirməyə çağırıblar. Bu barədə həmsədrlrərin yaydığı bəyanatda deyilir.
Həmsədrlər Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirin sərbəst buraxılmasını alqışlayıblar və tərəfləri bütün saxlanılanları sərbəst buraxma və cəsədləri mübadilə etmə prosesini tam və operativ şəkildə yerinə yetirməyə, həmçinin saxlanılanlara qarşı humanist davranış göstərməklə bağlı öhdəlikləri icra etməyə çağırıblar.
Həmsədrlər 13 aprel açıqlamalarına toxunaraq tərəfləri münaqişə zonasında minaların təmizlənməsi və Dağlıq Qarabağa beynəlxalq humanitar təşkilatlar nümayəndəslərinin də girişinə məhdudiyyətlərin aradan qaldırılması üçün lazım olan bütün məlumatları paylaşmağa çağırıb.
Həmsədrlər tərəfləri 13 aprel həmsədrlərin bəyanatında göstərilən qalan məsələləri həll etməklə davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırlar.
“Həmsədrlərin himayyəsi altında yüksək səviyyəli siyasi dialoqun bərpası da buna daxildir”,-ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında qeyd olunur.