• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Yalnız cinayətlərin pislənməsi gələcəyin yeni cinayətlərini dayandıra bilər: ER Baş naziri
Siyasət
08:3924 Apr, 2021

Yalnız cinayətlərin pislənməsi gələcəyin yeni cinayətlərini dayandıra bilər: ER Baş naziri

ER Baş naziri Nikol Paşinyan, Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə bəyanatla çıxış edib. Bəyanatda deyilir:
 
“Sevimli həmvətənlər,
 
Bu gün biz on illərdir olduğu kimi, Erməni Soyqırımının günahsız qurbanlarını anırıq. Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasının cinayətkar siyasətinin qurbanı olan 1.5 milyon günahsız qurbanların  xatirəsini ehtiramla yad edirik. 
 
106 il əvvəl Osmanlı İmperiyasında Gənc Türklər hökumətinin əlləri və ideloqiyası ilə 20-ci əsrin ilk soyqırımı törədildi. O günlərdə baş verənlər böyük dövlətlər tərəfindən bəşəriyyətə və insan sivilizasiyasına qarşı bir cinayət kimi qiymətləndirildi. Min illiklər keçə belə, biz xatırlayacağıq və bütün dünyaya unutdurmayacağıq ki, 1915-ci il aprelin 24-də erməni ziyalılar tutularaq ölümə məhkum edildi. Xalqın intellektual, dini və mədəni elitası kəsildi. Erməni xalqı öz doğma yurdunda yaşamaq hüququndan məhrum edildi və kütləvi şəkildə qırıldı. Xalqımız qeyri-insani əzablara və misilsiz itkilərlə məruz qaldı. Xalqımızın mədəni və dini irsinə dəyən ziyan bərpaolunmaz və qiymətləndirilməzdir.
 
Bizimlə birlikdə pontoslu yunanlar, assurilər və yezidilər öz doğma vətənlərindən məhrum oldular. Ermənilər üçün bu qardaş xalqlar da məhv edildi, vətənlərində yaşamaq hüququndan məhrum olundu.
 
Bu dəhşətli cinayətlərin günahkarları kimlər idi, bu törədilən  cinayətlərin cavabdehı kimlər idi? Cavab birmənalıdır. Osmanlı İmperyasının türkizm və pantürkizm ideoloqiyası olan Gənc Türklər hakimiyyətiydi. Bu ideoloqiyaların əsas niyyətlərindən  biri monoetnik Türkiyənin yaradılması idi. Milli və dini  azlıqlardan qurtulmaq ideoloqiyasıöz növbəsində ermənilərə qarşı nifrət yaratdı. 
 
II Dünya Müharibəsi dövründə Almaniyanın Nasist partiyasının rəhbərliyi yəhudi xalqının soyqırımını törətdi. Altı milyon yəhudi Holokostun qurbanı oldu. Müharibədən sonra günahkarlar ədalət mühakiməsinin qarşısına çıxıb, layiqli cəzanı aldılar. Soyqırım ideoloqiyası pisləndi. Nasizm cinayət ideologiyası adlandırıldı. Bu gün dünyada heç kim bunu müdafiə etməyə cəsarət etmir.
 
Ancaq tarixi şərtlərə görə, eyni şey Erməni Soyqırımı üçün baş vermədi. Çünki keçən əsrin birinci yarısında dövləti bu cür dəhşətli vəhşiliklərə görə məsuliyyətə cəlb etmək üçün ədalət mexanizmləri hələ inkişaf etdirilməmişdi. Soyqırım ifadəsi belə yox idi.
 
Üstəlik, erməni xalqı məhkəməni davam etdirmək imkanından məhrum edilmişdi. Soyqırımdan sonrakı ilk onilliklərdə diasporanın səsi yetərincə eşidilmirdi.Onun yaraları qanırdı və milli strukturlar yeni ayağa qalxırdı. Sovet Ermənistanı isə Böyük Vətən Müharibəsinin sonuna kimi məsələni qaldırmaq imkanından məhrum edilmişdi.
 
Erməni diasporası Erməni Soyqırımının tanınması məsələsini İkinci Dünya Müharibəsindən sonrakı onilliklərdə eşitdirməyi bacardı. Ancaq dünyanın ikiqütblü olduğu bir dövrdə, pantürkizm tarixi bir keçmiş olaraq qəbul edildi. Erməni Soyqırımı  və onu doğan ideoloqiya cəzasız qaldı. Cəzasız qalan cinayətlər və onları doğan ideoloqiyalar isə təkrarlanmaq və təkrarən ortaya çıxmaq vərdişlərinə malikdir.
 
İkinci Qarabağ müharibəsi, Artsaxda erməni xalqı yer üzündən silməsinə istiqamətlənmiş Azərbaycan və Türkiyənin təcavüzü, Türkiyənin  ambisiyalı xarici siyasəti, Ermənistana qarşı ərazi iddeaları soyqırım ideoloqiyasının dirçəlişinin sübutudur. Ermənifobiya pantürkizmin hissəsidir. Bunun ən iyrənc təzahürünü isə Azərbaycan hakimiyyətlərinin törətdiklərində aydın şəkildə görürük.
 
Bu neopantürkizm  təhdidinə cavabımız necə olmalıdır? Yalnız və yalnız möhkəm  demokratiya və qanunun aliliyi prinsipləri üzərində qurulan, güclü müttəfiqləri olan Ermənistanın olması. Eyni zamanda, yalnız cinayətlərin pislənməsi gələcəyin yeni cinayətlərini dayandıra bilər və biz Erməni Soyqırımının dünyanın müxtəlif ölkələri tərəfindən tanınmasını yüksək qiymətləndiririk.
 
Lakin bu, heç bir şəkildə regional dialoqun inkar edilməsi kimi yozula bilməz. Biz buna hazırıq. Ancaq xəyal etdiyimiz dialoq güc mövqedən ola bilməz. O yalnız bərabərlik prinsipi ilə həyata keçirilə bilər. Biz heç vaxt Erməni Soyqırımının yer olduğunu şübhə altına almayacağıq, qoy hansısa biri düşünməsin ki, hər hansı bir erməni, Ermənistan və ya diasporaınr hansısa bir siyasi qüvvə haçansa günahsız qurbanlarımızın xatirəsinə xəyanət edərək Erməni Soyqırımına şərik olacaq.
 
Sevimli həmvətənlər,
 
Aprelin 24-ü  millətimizin, xalqımızın keçmişi və gələcəyi haqqında düşünmək üçün ən müvafiq andır, gücümüzün və hərəkətlərimizin qiymətləndirilməsi üçün ən uygun fürsətidir. Ötən əsrin əvvəlində xalqımızın qarşılaşdığı təhdidlər bu gün də mövcuddur. İkinci Qarabağ müharibəsi bunun parlaq sübutudur. Yalnız aparıcı iqtisadiyyata, müasir təhlükəsizlik və siyasi sistemə sahib olan və bütün erməniləri ətrafında birləşdirəcək olan Ermənistan bu çətinliklərə müqavimət göstərə bilər”.
 
Baxışların sayı3241
facebook icon twitter icon

Oxşar xəbərlər

  • ABŞ-ın Aydaho ştatı 24 apreli Erməni Soyqırımını Anma Günü elan etdi 08:2624 Apr, 2021 ABŞ-ın Aydaho ştatı 24 apreli Erməni Soyqırımını Anma Günü elan etdi Siyasət
  • Bu gün Erməni Soyqırımının 106-cı ildönümüdür 07:3024 Apr, 2021 Bu gün Erməni Soyqırımının 106-cı ildönümüdür İctimaiyyət
Հիմա եթերում
Xəbər lenti
  • Putin BƏƏ Prezidenti ilə Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə edib 17:1507 Avq, 2026
  • Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Üçtərəfli Müdafiə Sazişi imzaladılar 16:3107 Avq, 2026
  • ABŞ yaxın günlərdə İranla müqavilə imzalamağı gözləyir: Besent 15:4007 Avq, 2026
  • Rusiya və Ukrayna bir-birini vurmağa davam edir 14:1507 Avq, 2026
  • Qırğızıstan Prezidenti Sadır Japarovla görüş: Nikol Paşinyan video yayımladı 11:5607 Avq, 2026
  • Paşinyan Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxış edib 11:2107 Avq, 2026
  • Baş nazir Çolpon-Atada keçirilən Avrasiya Hökumətlərarası Şurasının dar tərkibli iclasında iştirak edib 16:5806 Avq, 2026
  • Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana daha bir partiya buğda göndərilib 15:2906 Avq, 2026
  • Baş nazir Qırğızıstana səfərə gəlib 15:0306 Avq, 2026
  • Ermənistanla KTMT arasında heç bir münaqişə yoxdur: Vasilyev 12:4606 Avq, 2026
  • Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi 10:3406 Avq, 2026
  • ER Baş naziri və ABŞ-ın xüsusi elçisinin baş müşaviri TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər 16:5605 Avq, 2026
  • Tehran Hörmüz boğazı ilə bağlı Omanla razılığa gələrsə, ABŞ İran blokadasını ləğv edə bilər։ FT 16:1005 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini və BMT nümayəndəsi Yerevanda COP17-yə hazırlıqları müzakirə ediblər 15:0405 Avq, 2026
  • Mirzoyan ABŞ-ın xüsusi elçisinin baş məsləhətçisini qəbul etdi 12:2305 Avq, 2026
  • Tramp Hörmüz boğazının tez bir zamanda açılacağını vəd edir 12:0405 Avq, 2026
  • Ermənistan və Hindistan arasında müdafiə əməkdaşlığı məsələləri müzakirə olunub 10:4305 Avq, 2026
  • Hayk Koncoryan Parlamentin sədr müavini seçildi 17:1504 Avq, 2026
  • Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verəcək: Mirziyoyev Paşinyana 15:1104 Avq, 2026
  • Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözlənilir: Bayramov 15:0304 Avq, 2026
  • Yenidən təyinat ictimaiyyətin Sizin siyasi kursunuza dəstəyinin göstəricisidir: Rəhmondan Paşinyana 14:5104 Avq, 2026
  • Sisian şəhərindən 23 km cənub-qərbdə zəlzələ baş verib 12:2204 Avq, 2026
  • Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi 11 noyabr sessiyasında müzakirə oluna bilər: Vasilyev 11:1904 Avq, 2026
  • Hökumətin yeni tərkibi məlumdur 17:1203 Avq, 2026
  • Əsirlərin və saxlanılan şəxslərin qaytarılması məsələsi gündəlik işin bir hissəsidir: Rubinyan 16:2103 Avq, 2026
  • Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov təyin ediləcək: KİV 15:3303 Avq, 2026
  • Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi 14:3203 Avq, 2026
  • Trampdan İranla danışıqlara peşəkar diplomatları cəlb etmək tələb olunub 12:1103 Avq, 2026
  • Tramp İranla yeni danışıqların mümkün olduğunu deyir 09:1003 Avq, 2026
  • Yəmən Bab əl-Məndəb boğazınıdan keçidin pulsuz olduğunu bildirir 12:5901 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015