İtaliyanın “120 grammi” şirkəti Azərbaycanda "Zəfər Muzeyi"nin tikinti layihəsində iştirakı ilə bağlı xəbəri təkzib etdi.
Bu barədə məlumatı Ermənistan Respublikasının Venesiyadakı Fəxri Konsulluğu yayıb.
“İtaliyanın “120 grammi” (https://www.120lab.net/) memarlıq şirkətinin Azərbaycanda “Zəfər Muzeyi "nin inşasında iştirakı ilə bağlı yayılan xəbərlərə toxunaraq, təsdikləyirik ki, sözügedən şirkət bu xəbəri rəsmi olaraq təkzib etdi.
“120 grammi” memarlıq şirkəti konsulluğa göndərdiyi məktubda bir daha təsdiqlədi ki, erməni cəmiyyətini qəzəbləndirən bu layihədə heç bir şəkildə iştirak etmədi”,-deyə qeyd olunub.