ER Parlamentinin sədri Ararat Mirzoyan, Sankt-Peterburqa səfəri zamanı MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüşlərə toxundu.
Mirzoyan qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasının işi çərçivəsində Özbəkistanın Oli Məclisi Senatının sədri Tanzila Narbayeva, Moldova Parlamentinin sədri Zinaida Greçani, Qırğızıstan Joqorku Keneşinin sədri Talant Mamitov və Qazaxıstan Senatının sədri Maulen Aşimbayev ilə görüşlər keçirdi.
“Parlamentlərin spikerləri ilə söhbətlərdə Azərbaycanda olan erməni hərbi əsirin və saxlanılan şəxslərin dərhal geri qaytarılması məsələsinə xüsusi diqqət yetirildi, həmkarlarımı Azərbaycan parlamentariləri ilə təmaslarında müvafiq mövqe tutmağa çağırdım.
İkitərəfli və çoxtərəfli platformalarda ortaq maraq doğuran bir sıra məsələləri də müzakirə etdik",-deyə ER Parlamentinin sədri Ararat Mirzoyan qeyd etdi.