Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında çərçivəsində Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.
Tərəflər görüş ərzində ikitərəfli gündəliyə toxunublar. Bu kontekstdə iki ölkə xalqları arasındakı yaxşı dostluq ənənələri əsasında dövlətlərarası əməkdaşlığın daha da gücləndirilməsinə əhəmiyyət veriblər.
İki ölkənin XİN başçıları xüsusən ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsinin, enerji və yüksək texnologiyalar sahələrində əməkdaşlığın təşviqi üçün əməli addımların atılmasının vacibliyini vurğuladılar. Xarici işlər nazirlər mədəniyyət proqramlarının icrasına da diqqət yetirdilər.