Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müraciət almayıb.
"Bu, Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının vacib elementidir".
Qaluzin həmçinin Ermənistan-Avropa İttifaqı münasibətlərinə toxunub.
"İndiyə qədər gözləmirəm ki, bu halda AB Ermənistandan Rusiyaya qarşı tədbir tələb edəcək. Lakin şübhəm yoxdur ki, gələcəkdə Ermənistandan belə tədbirlər görməsi istəniləcək".
Rusiya xarici işlər nazirinin müavini Ermənistanın AB-nin ortaq xarici və təhlükəsizlik siyasəti ilə uyğunlaşmağa sadiq olduğunu bildirib.
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan heç vaxt Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası məsələsini qaldırmayıb.