Fransanın Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Florian Eskudye bu gün Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi.
Səfiri Erməni Soyqırımı Muzey-İnstitutu direktorunun səlahiyyətlərini icra edən Hraçya Taşçyan qarşılayıb və xatirə kompleksinə müşayiət edib.
Florian Eskudye əbədi məşəlin önünə gül dəstələri qoyaraq Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Səfir xatirə kompleksini gəzib və Erməni Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidənin tarixi və mənası ilə tanış olub.