Avropa Birliyi Ukraynaya əvvəllər verilən 90 milyard avroluq kreditin bir hissəsini istifadə edərək Amerika Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər almağa icazə verib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
"Bu qərar Ukraynaya növbəti 3,2 milyard avroluq kredit tranşından hava məkanının Rusiya hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün istifadə etməyə imkan verəcək", - Fon der Leyen qeyd edib.
Elə həmin gün Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın Bundesverdən Ukraynaya əlavə Patriot raketləri göndərəcəyini açıqlayıb. Nazir həmçinin Almaniyanın Ukraynaya “hava-hava” raketlərinin tədarükünü artıracağını və pilotsuz uçuş aparatları və uzaqmənzilli sursatların tədarükünü davam etdirəcəyini qeyd edib.
Öz növbəsində, Böyük Britaniya Ukraynaya əlavə 100 milyon funt sterlinq (təxminən 117 milyon avro) hava hücumundan müdafiə yardımı elan edib. Bu yardım Ukraynanın gələn qışda Rusiya hücumlarından özünü müdafiə etmək qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulub. London bildirib ki, paketə ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olacaq.