ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla razılaşma bağlamaq ölkənin hərbi potensialının zəifləməsi və rəhbərliyinin əksəriyyətinin öldürülməsi səbəbindən daha da çətinləşib.
"Saziş bağlamaq asan deyil. Heç kim onların liderinin kim olduğunu bilmir", - deyə Tramp bildirib.
Amerika lideri bir daha vurğulayıb ki, İranla münaqişənin əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, Tehran 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirmək əmrini verəndə nüvə bombası yaratmaqdan cəmi bir neçə həftə uzaqda idi.