Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Polşa Baş naziri Donald Tuskun Şimal Axını 1 və Şimal Axını 2 qaz kəmərlərinin partlamasını haqlı çıxaran açıqlamaları yalnız təəccüb və anlaşılmazlığa səbəb ola bilər.
Peskov jurnalistlərə bildirib ki, "Şimal Axını qaz kəmərlərindən birini partladanlar Avropanın ən vacib enerji infrastrukturuna qarşı terror təxribatı törədiblər".
O, vurğulayıb ki, "əgər Tusk bu cür terror təxribatını dəstəkləyirsə, bu, yalnız təəccüb və anlaşılmazlığa səbəb ola bilər".
Bir müddət əvvəl Polşa Baş naziri bildirib ki, "bu kəməri sabotaj edənlər yox, tikənlər utanmalıdırlar". Onun fikrincə, Almaniya Şimal Axını qaz kəmərlərini partlatmaqda şübhəli bilinənləri məhkəməyə verməməlidir.
Bir gün əvvəl Ukrayna vətəndaşı Xorvatiyada dindirildikdən sonra həbs edilib və Almaniyada Şimal Axını kəmərini partlatmaqda şübhəli bilinərək axtarışda olub.