İranın xarici işlər naziri Donald Trampın ABŞ-ın İslam Respublikasına qarşı iqtisadi müharibə apardığı barədə açıqlamasına cavab verib.
Abbas Əraqçi ABŞ prezidentinin siyasətini uğursuz adlandırıb və bunun yeni məğlubiyyətlərə və iranlılar arasında düşmənçiliyin artmasına səbəb olacağını qeyd edib. Əraqçinin sözlərinə görə, ABŞ-ın iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və dövlətlərin suverenliyini təhdid edir.
Daha əvvəl Ağ Ev rəhbəri qeyd edib ki, o, İslam Respublikasına razılaşma əldə etmək üçün fürsət verib, lakin Tehran bundan istifadə etməyib.