Vasilyev bildirib ki, Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul etmək üçün konsensus tələb olunacaq.
Viktor Vasilyev RİA Novosti agentliyinə verdiyi müsahibədə qeyd edib ki, məsələ çox güman ki, 11 noyabrda Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında müzakirə olunacaq.
Onun sözlərinə görə, KTMT büdcəsinə borcun 2 il ərzində ödənilməməsi halında, təşkilatın nizamnaməsinin 25-ci maddəsi tətbiq olunur ki, bu da dövlətin vətəndaşları kvota vəzifələrinə namizəd göstərmək hüququnun, eləcə də təşkilatda səs vermək hüququnun dayandırılmasını nəzərdə tutur.
"Bu, iki ildən çoxdur ki, faktiki olaraq mövcud olan vəziyyətdir, çünki Ermənistan öz vətəndaşlarını katiblikdə kvota vəzifələrinə namizəd göstərmir və həmçinin KTMT Birgə Qərargahından nümayəndələrini geri çağırıb", - deyə rəsmi şəxs əlavə edib.