Prezident Vahaqn Xaçaturyan Davit Tadevosyanın Yüksək Texnologiyalar Sənayesi naziri təyin edilməsi haqqında fərman imzalayıb.
“Baş nazirin təklifi əsasında, Konstitusiyanın 150-ci maddəsinə, eləcə də “Hökumətin strukturu və fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrinə uyğun olaraq,
David Tadevosyan Yüksək Texnologiyalar Sənayesi naziri təyin edilib”, - deyə fərmanda bildirilir.
Prezidentin digər fərmanları ilə nazir vəzifələrini icra edənlər Davit Xudatyan, Suren Papikyan, Hambardzum Matevosyan, Arpine Sargsyan, Janna Andreasyan, Ararat Mirzoyan, Srbuhi Qalyan, Anahit Avanesyan, Arsen Torosyan yenidən vəzifələrinə təyin ediliblər.