Bilmirəm, məni kimin əvəz edəcəyi barədə düşünməmişəm. Hökumətin mənim məsləhətimə ehtiyacı olarsa, biz bunu müzakirə edəcəyik. Amma bu məsələ hökumətin səlahiyyətindədir. Bunu Parlamentin yeni seçilmiş sədri Ruben Rubinyan parlament brifinqi zamanı xüsusi elçi vəzifəsində onu kimin əvəz edəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Əsirlərin və saxlanılan şəxslərin qaytarılması ilə bağlı işlərə toxunan Rubinyan bildirib: “Bilirsiniz ki, bu, əsirlər və saxlanılanlarla bağlı gündəlik işin bir hissəsidir. Məhz bu gündəlik iş sayəsində illər ərzində 200-dən çox əsir vətənlərinə qayıdıb. Bu iş heç vaxt dayanmır. Əgər fikir vermisinizsə, heç bir hərəkətin olmadığı aylar olub, hökumətin heç nə etməməsi ilə bağlı müzakirələr olub, amma birdən yeni əsirlər geri qayıdıb. Bunun tez bir zamanda baş verməsi üçün hər şeyi edəcəyik.
Təbii ki, biz bu istiqamətdə işləməyə davam edəcəyik, necə ki, parlament səviyyəsində bu istiqamətdə çalışmışıq”.