Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlar fonunda Ukrayna hökumətində dəyişikliklər baş verir. Ali Rada Yuliya Sviridenkonun yerinə Sergey Koretskini yeni baş nazir seçib.
Nazirlərin əksəriyyəti vəzifələrini qoruyub saxlayacaq, lakin müdafiə naziri Mixaylo Fyodorov vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə Daxili İşlər naziri İqor Klimenko təyin oluna bilər.
Fyodorovun vəzifədən azad edilməsinə qarşı Ukraynanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Fyodorov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sikorski ilə fikir ayrılıqlarını açıqlayan bəyanat yayıb. Onun sözlərinə görə, sonuncu problemlər barədə danışmağa hazır deyil və Rusiyanı məğlub etmək barədə düşünmək əvəzinə, hiylə qurur.