Rusiya və Ukrayna arasında zərbələr davam edir. Rusiya qüvvələri gecə ərzində Moskva vilayəti də daxil olmaqla ölkənin 18 bölgəsində 375 Ukrayna dronun vurulduğunu bildirib. Bryansk vilayətində 15 yaşlı qız da daxil olmaqla 2 nəfər həlak olub. Yaroslavl vilayətində 1 ölüm, bir neçə yaralı var.
Rusiya qüvvələri həmçinin Ukrayna istiqamətində 13 raket və 151 dron atıb. Kiyevdə iki nəfər həlak olub, yaralılar var. Odessadakı liman infrastrukturu da hədəfə alınıb.