Fransa hakimiyyəti Rusiya səfiri Aleksey Meşkovu kiberhücumlarla bağlı yaxın günlərdə ölkənin Xarici İşlər Nazirliyinə çağıracaq. Bu barədə xarici işlər naziri Jan-Noel Barro bazar ertəsi bildirib.
Nazir BFM televiziyasına verdiyi açıqlamada bildirib: “Yaxın günlərdə Rusiyanın Fransadakı səfirini çağıracaq və həmçinin kiberhücumdan məsul olan doqquz şəxsə və dörd şirkətə sanksiyalar tətbiq edəcəyik”.
O qeyd edib ki, Fransa son zamanlar kiberhücumların hədəfində olan 10 Avropa ölkəsindən biridir. O bildirib ki, nazirliklər və şirkətlər də hədəfə alınıb. Nazir əlavə edib ki, hakerlərin məqsədi “təxribat və casusluq” olub.