6 iyulda Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Parlament məlumat yayıb.
Həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Onlar nəqliyyat və logistika imkanları, Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıblar.